Mövlud Çavuşoğlu: Xocalıda törədilən bəşəri cinayətləri unutmayacağıq
"32 il əvvəl dünyanın gözü qarşısında Xocalıda törədilən bəşəri cinayətləri unutmadıq, unutmayacağıq". BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Türkiyənin keçmiş xarici işlər naziri, ölkənin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı “X” hesabında yazdığı başsağlığında bildirib. “Can Azərbaycanın kədəri kədərimizdir. Xocalı şəhidlərimizi rəhmətlə anırıq”, - o qeyd edib. BAKU.WSMənbə: baku.ws