Bu yollar buz bağladı, hərəkət çətinləşdi - FOTO
Qar və şaxtalı hava səbəbindən Oğuz şəhərinin mərkəzi küçələri buz bağlayıb.
Gundem.az xəbər verir ki, "Report"un Şimal-qərb bürosunun məlumatına görə, nəticədə avtomobillərin hərəkəti çətinləşib, bəzi nəqliyyat vasitələri yolda qalıb.
Sürücülərin sözlərinə görə, şəhərin küçələrinə duz və qum səpilməyib. Nəticədə belə problemlər yaranıb.



Mənbə: gundem.az