Bədxassəli şişlərin yaranmasının əsas səbəblərindən biri AÇIQLANDI
“Bədxassəli şişlərin yaranmasının 35-40%-i məhz düzgün olmayan və keyfiyyətsiz qidalanma ilə bağlıdır”.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
O bildirib ki, düzgün qidalanma bir çox xəstəliklərin qarşısını alır.Komitə sədrinin sözlərinə görə, əhali arasında yayılan bir sıra xəstəliklərin əmələ gəlməsində qidalanma faktorunun xüsusi rolu var:
“Xərçəng xəstəliyinin də əmələ gəlməsində əsas faktor kimi qidalanma mühüm yer tutur”.
BAKU.WSMənbə: baku.ws