SON DƏQİQƏ! Azərbaycanın tanınmış cərrahı özünə qəsd etdi - FOTO
Abşeron rayonu Hökməli qəsəbəsində intihar edən şəxsin həkim olduğu məlum olub. BAKU.WS xəbər verir ki, fevralın 18-də özünü Nübar yaşayış massivindəki evində asan Zahid Fərman oğlu Baxşəliyev həkim-proktoloq imiş. 1961-ci il təvəllüdlü həkim Sabunçu Tibb Mərkəzində cərrah kimi fəaliyyət göstərib. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, hadisə barədə ilk məlumatı lent.az saytı yayıb. BAKU.WS
Mənbə: baku.ws