Image

Xaçmaz dəmiryol stansiyasında ölümlə nəticələnən qəza baş verib

Bu gün saat 14:15-də “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə məxsus yol təmiri maşını (drezin) Xaçmaz stansiyasında hərəkətdə olarkən bir nəfər naməlum şəxs qəfil drezinin qarşısına çıxıb.

BAKU.WS bu barədə ADY-yə istinadən xəbər verir.

Məlumata görə, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub və həmin şəxs hadisə nəticəsində dünyasını dəyişib.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti