Maşının vurduğu piyada xəstəxanada öldü
Ağdaşda minik avtomobilinin vurduğu piyada xəstəxanada ölüb.
Gundem.az bildirir ki, "Unikal"ın məlumatına görə, Yuxarı Ləki qəsəbəsi ərazisində "VAZ-2107" markalı avtomobilin vurduğu piyada 1989-cu il təvəllüdlü rayon sakini Xəlilov Fərid Elburus oğlunun həyatını xilas etmək mümkün olmayıb.
Belə ki, müxtəlif bədən xəsarətləri alan yaralı xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: gundem.az