Image

Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazanıb - FOTO

Azərbaycan gimnastı Selcan Mahsudova Niderlandın Alkmaar şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıb.

BAKU.WS xəbər verir ki, Bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Xatırladaq ki, Azərbaycan millisi Niderlanda dörd gimnastla yollanıb. Dörd gün davam edən yarışda Selcan Mahsudova ilə yanaşı Hüseyn Abbasov, Mehdi Əliyev və Nicat Mirzəyev də Dünya Kubokunda mübarizə aparıblar.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti