Image

Hörmüz boğazında iki neft tankeri minaya düşüb

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) gecə saatlarında Hörmüz boğazının cənub hissəsində iki neft tankerinin dəniz minalarına dəyməsi nəticəsində yanğın baş verdiyini açıqlayıb.

SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, tankerlər naviqasiya və avtomatik identifikasiya sistemlərini (AIS) söndürərək boğazdan icazəsiz marşrutla keçməyə cəhd göstəriblər.

Bildirilib ki, minalara dəydikdən sonra tankerlərdə güclü partlayış və yanğın baş verib.

Hazırda hər iki neft tankerinin SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin nəzarətində olduğu qeyd edilib.

Məlumata görə, gəmilər dəniz hərəkətini idarəetmə mərkəzinin xəbərdarlıqlarına əməl edərək Fars körfəzi istiqamətində geri qayıdıblar.

Mənbə: anews.az

Xəbər lenti