Image

SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Bəhreyndəki hərbi bazasına PUA-larla hücum etdiyini açıqlayıb.

Bu barədə "Fars" agentliyi xəbər verir.

SEPAH-ın Aerokosmik Qüvvələrinə məxsus altı pilotsuz uçuş aparatı (PUA) bazadakı hava hücumundan müdafiə radarına zərbələr endirib.

Bildirilib ki, PUA-lar hədəfləri dəqiq vurub və partlayış səsləri Bəhreynin müxtəlif ərazilərində eşidilib.

SEPAH həmçinin ABŞ-nin Hörmüz boğazında neft daşımalarını müşayiət etmək məqsədilə həyata keçirdiyi əməliyyatın uğursuz olduğunu bəyan edib.

SEPAH-ın açıqlamasında Hörmüz boğazının bağlı olduğu vurğulanıb və ABŞ-nin istənilən hərbi müdaxiləsinə daha sərt cavab veriləcəyi bildirilib.

Daha əvvəl xarici mediada Bəhreyndə hava hücumundan müdafiə sistemlərinin döyüş hazırlığı vəziyyətinə gətirilməsi və sirenlərin səsləndirilməsi barədə məlumatlar yayılıb.

Hadisə nəticəsində dağıntı və insan tələfatı barədə məlumat verilməyib.

Mənbə: anews.az

Xəbər lenti