Image

Kriştianu Ronaldu futbol tarixinə düşüb

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun futbolçusu Kriştianu Ronaldu tarixə düşüb.

"Report" Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, 39 yaşlı hücumçu buna Asiya Çempionlar Liqasının Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əyn" komandasına 4:3 hesabı ilə qalib gəldikləri oyunda nail olub.

O, futbol tarixində komandaları ilə 800 yüksək səviyyəli qarşılaşmada qalib gələn ilk oyunçudur. Bunlardan 675-i klubda, 125-i yığmada gerçəkləşib.

Kriştianu Ronaldu "Sportinq" "Real" "Yuventus" "Mançester Yunayted" "Əl-Nəsr" Ümumi 800 qələbə 2002-2003 2009-2018 2018-2021 2003-2009, 2021-2022 2023- Turnirlər Qələbələr Qələbələr Qələbələr Qələbələr Qələbələr Qələbələr Liqa oyunları 11 216 69 152 27 475 Kubok oyunları 2 19 5 18 3 47 Liqa Kuboku 5 5 Ölkə Superkuboku 2 2 4 Klublarda yerli matçlarda qələbə sayı 13 237 76 175 30 531 Çempionlar Liqası 71 15 32 7 125 Avropa Liqası 5 5 UEFA Superkuboku 2 2 Klublararası dünya çempionatı 6 2 8 Ərəb klubları arasında Çempionlar Kuboku 4 Klublarda beynəlxalq oyunlarda qələbə sayı 79 15 39 11 144 Klub səviyyəsində qələbə sayı 13 316 91 214 41 675 Milli komandada qələbə sayı 125 Ümimi 800 BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti