Image

Havada tozun miqdarı normadan artıqdır

Bu gün səhər saatlarında Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib.

Onun sözlərinə görə, hazırda havada tozun miqdarı 1.6 dəfə normadan artıqdır:

"Tozlu hava şəraitinə səbəb axşam saatlarında şimal-qərb istiqamətli küləklərin cənub-şərq istiqamətli küləklərlə əvəz olunması ilə əlaqədar ölkə ərazisinə Xəzər dənizi üzərindən daxil olan toz-dumanıdır".

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Sabahın hava proqnozu