Image

Azərbaycanda taksilərə 8 il məhdudiyyətinin tətbiqi qaydaları açıqlanıb

Bu ilin iyulun 1-dən sonra taksi fəaliyyətinə icazə almaq üçün avtomobillərin yaşı 8 ildən az olmalıdır.   BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.   Bildirilib ki, iyulun 1-dək müraciət edənlərə bu tələb tətbiq edilmir.   Nümunə olaraq qeyd olunub ki, avtomobil 2012-ci il istehsalıdırsa və iyulun 1-dək icazə üçün müraciət edilibsə, bu zaman 3 illik icazə veriləcək və rəng tələbi tətbiq olunmayacaq. BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti