Image

Əmək müqavilələrinin sayı açıqlanıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əmək haqqı fondunun “ağardılması” və şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində bağlanmış əmək müqavilələrinin sayı cari il iyun ayının 1-nə 1 milyon 893 min 84 olub.

DVX-dən bildirilib ki, qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 1 milyon 46 min 601 olub, bu sektorun ümumi əmək müqavilələrində payı 55,3 faiz təşkil edib.

Mənbə: anews.az

Xəbər lenti

Sabah 33 dərəcə isti olacaq