Image

Yeniyetmələrin hüquqi məsuliyyət barədə məlumatlılıq səviyyəsi aşağıdır – Qoşqar Məhərrəmov

 

Yeniyetmələrin əhəmiyyətli hissəsi hüquqi məsuliyyət və hüquq pozuntularının nəticələri barədə kifayət qədər məlumatlı deyil. Bu barədə təhsil eksperti Qoşqar Məgərrəmov  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” adlı kitabın təqdimat mərasimi zamanı bildirib.

Onun sözlərinə görə, aparılan sorğunun nəticələri yeniyetmələr arasında hüquqi məsuliyyət mövzusunda ciddi məlumat boşluqlarının olduğunu göstərir.

“Respondentlərin 59,9 faizi hüquqi məsuliyyət haqqında yalnız qismən məlumatlı olduğunu və ya ümumiyyətlə bu barədə məlumatının olmadığını bildirib. Bu nəticə göstərir ki, yeniyetmələrin əhəmiyyətli hissəsi hüquq pozuntularının nəticələri və hüquqi məsuliyyət mexanizmləri barədə yetərli biliklərə malik deyil”, – ekspert vurğulayıb.

Qoşqar Məgərrəmov qeyd edib ki, problemin səbəbi təkcə fərdi məlumat çatışmazlığı ilə bağlı deyil.

“Bu vəziyyət həm də hüquqi məsuliyyət mövzularının təhsil prosesində kifayət qədər yer almamasından qaynaqlanır. Yeniyetmələrin hüquqi savadlılığının artırılması üçün məktəblərdə sistemli maarifləndirmə tədbirlərinin genişləndirilməsinə ehtiyac var”, – o əlavə edib.

Ekspertin fikrincə, hüquqi məsuliyyətlə bağlı biliklərin artırılması yeniyetmələrin qanun pozuntularından uzaq durmasına, hüquq və vəzifələrini daha yaxşı dərk etməsinə mühüm töhfə verə bilər.

Aytac Zeynalova

Mənbə: anews.az

Xəbər lenti

Sabah 33 dərəcə isti olacaq