Nəsimi rayonunda bəzi küçələrin qaz təchizatında fasilə yaranacaq
Sabah paytaxtın Nəsimi rayonunun bir sıra küçələrinin qaz təchizatında fasilə yaranacaq.
Bu barədə "Azəriqaz" məlumat yayıb.
Məlumata görə, təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar 11.06.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Nəsimi rayonunun Azadlıq prospektinin, M. Qaşqay, Ə. Qasımzadə, S. Rüstəm, S. Zeynalov, M. Rəfili, M. Kaveroçkin, V. Plotnikov, S. Əsgərova, S. Rəhimov, Bakıxanov, E. Tağızadə və İ. Həmidov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Mənbə: anews.az