Image

Azovda PUA hücumu nəticəsində ölən azərbaycanlıların cənazələri ölkəyə gətirilib

Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş pilotsuz uçuş aparatı hücumu nəticəsində həlak olmuş 4 nəfər Azərbaycan vətəndaşının nəşləri iyunun 10-da ölkəyə gətirilib.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həlak olan Azərbaycan vətəndaşlarının nəşlərinin ölkəyə gətirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib və onların cənazələri iyunun 10-da Azərbaycana çatdırılıb.

XİN ailələrə və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verərək, Azərbaycan dövlətinin vətəndaşlarının hüquq və mənafelərinin qorunması üçün müvafiq addımları davam etdirəcəyini qeyd edib.

Mənbə: anews.az

Xəbər lenti

Tramp Paşinyanı təbrik edib