Gədəbəyə dolu yağıb
Gədəbəy rayonunda güclü yağış yağıb, dolu düşüb.
"Report"un məlumatına görə, yağıntı və dolu təxminən saat 21:00 radələrində başlayıb.
Dolu rayonun Gərgər və Arıqdam kəndlərində, eləcə də Gədəbəy şəhəri ərazisində qeydə alınıb.
İlkin məlumata əsasən, təbiət hadisəsi nəticəsində ən çox ziyan Gərgər kəndinə dəyib.
Dolu təsərrüfatlara, xüsusilə kartof əkini sahələrinə ciddi zərər vurub. Hazırda qərb bölgəsində yağışlı hava şəraiti davam edir.
Mənbə: anews.az