Image

Nazir - böhran turizm sektorunun sürətinə mənfi təsir edib

Böhran turizm sektoruna təsirsiz ötüşməyib və bu sahədə artım templərinin yavaşıması müşahidə olunur. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərtac-a müsahibəsində bildirib.

“Böhran turizm sektoruna da təsirsiz ötüşmür. Böhranın nəticələri var. Bunu obyektiv nəticə kimi qəbul etməliyik ki, həmin sektorda artım templərinin yavaşıması müşahidə olunur. Bunu proqnozlaşdırmaq kifayət qədər çətindir. Yəqin ki, bu, ölkəmizdəki deyil, daha çox bölgədəki vəziyyətdən asılı olacaq”, - nazir qeyd edib.

Azərbaycanda quru sərhədləri 2020-ci ilin martından etibarən bağlı qalır. Rəsmi qərarlara əsasən, xüsusi karantin rejiminin müddəti dəfələrlə uzadılıb və bu çərçivədə ölkəyə giriş-çıxış əsasən hava nəqliyyatı vasitəsilə həyata keçirilir.

Quru sərhədlərinin bağlı qalması turizm sektoruna, xüsusilə qonşu ölkələrdən avtomobil və avtobusla gələn turist axınına təsir edən amillərdən biri kimi qiymətləndirilir.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti

Gədəbəyə dolu yağıb

Tramp Paşinyanı təbrik edib