Image

Turizm agentliyi çinli və hindistanlı jurnalistlərə 500 min manata yaxın vəsait ayırır

Azərbaycanın Dövlət Turizm Agentliyi Çin və Hindistandan jurnalistlər, blogerlər və turizm şirkətlərinin nümayəndələri üçün tanışlıq səfərlərinin təşkili xidmətlərinin satın alınmasına dair müqavilə bağlayıb.

Satınalma üzrə qalib şirkət Vega Travel Management olub.

Müqavilənin dəyəri 418 313,42 manat təşkil edir.

Layihə çərçivəsində Çin və Hindistandan media nümayəndələrinin, rəqəmsal məzmun istehsalçılarının və turizm sənayesi iştirakçılarının Azərbaycana səfərlərinin təşkili nəzərdə tutulur.

Gülnar Nazimqızı 

 

Mənbə: anews.az

Xəbər lenti

Gədəbəyə dolu yağıb

Tramp Paşinyanı təbrik edib