Image

Nazir: yüksək taxıl məhsuldarlığı müasir suvarma sistemlərindən asılıdır

Azərbaycanda taxılçılıqda yüksək məhsuldarlığın əldə olunması müasir suvarma texnologiyalarının və aqrotexniki tədbirlərin tam tətbiqindən asılıdır. Bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.

Nazir qeyd edib ki, su təminatı və müasir suvarma sistemlərinin tətbiq olunduğu sahələrdə məhsuldarlıq əhəmiyyətli dərəcədə artır.

“Yüksək məhsuldarlığı ancaq və ancaq su ilə təmin edəcəyimiz və müasir suvarma tətbiq edəcəyimiz ərazilərdə əldə edə bilərik”, – Məmmədov deyib.

Onun sözlərinə görə, ötən il “Ərzaqlıq buğda” proqramına daxil olan təsərrüfatlarda orta məhsuldarlıq 5,8 ton olub ki, bu da ölkə üzrə orta göstəricidən xeyli yüksəkdir.

Nazir həmçinin məhsul yığımından sonrakı itkilərin azaldılmasının vacibliyini vurğulayıb və müasir saxlama infrastrukturunun genişləndirilməsinin önəmini qeyd edib.

Onun sözlərinə görə, kənd yerlərində taxılın ənənəvi və primitiv üsullarla saxlanılması nəticəsində 10–30 faizədək itkilər qeydə alınır.

“Bunun yeganə yolu müasir taxıl silolarının tətbiqidir”, – Məmmədov bildirib.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti

Qusarda sürüşmə baş verib