Image

Göygöldə 2 uşaq göldə boğularaq ölüb - Yenilənib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Göygöl rayonu, Bəhranbağ qəsəbəsi ərazisində azyaşlıların süni göldə batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub.

Dalğıclar tərəfindən 2017-ci il təvəllüdlü Həsənov Ramil Rövşən oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Göldə batan digər azyaşlı, 2016-cı il təvəllüdlü Nəsibov Yusif Sərxan oğlunun da meyiti tapılıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

***

Göygöl rayonunda 2 nəfər göldə boğularaq ölüb.

APA-nın məlumatına görə, 2 nəfərin göldə çimən zaman batdığı bildirilir.

Hadisə yerinə FHN-in xilasediciləri cəlb edilib.

Xilasedicilər tərəfindən hər iki şəxsin meyiti tapılaraq sudan çıxarılıb.

İlkin məlumata görə, suda boğularaq ölənlərdən biri 2017-ci, digəri 2016-cı il təvəllüdlü azyaşlılardır.

Mənbə: anews.az

Xəbər lenti

Qusarda sürüşmə baş verib