Bu gün onlar üçün son məktəb zəngi çalındı - FOTOLAR
Azərbaycanda 2025-2026-cı tədris ili başa çatıb və ölkənin bütün ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilib.
“Son zəng” tədbirləri məktəblərin həyətyanı sahələrində, belə imkan olmayan təhsil müəssisələrində isə akt və idman zallarında təşkil olunub. Tədbirlərdə valideynlər, müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Anews.az Bakıdakı 9 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” mərasimindən fotolar yayımlayıb.
Bu il ölkə üzrə 116 mindən çox şagird orta təhsilini başa vurur.
Gülnar Nazimqızı




































Mənbə: anews.az