Image

Bu il sertifikatlaşdırma prosesində 23 mindən çox müəllim iştirak edəcək

2026-cı il üzrə sertifikatlaşdırma prosesi başlayır.Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, proses üzrə hazırlıq işləri yekunlaşdırılıb və imtahan mərhələsi müəyyən edilmiş qrafik əsasında keçiriləcək.

Qeyd olunub ki, 2026-cı ildə ilk dəfə olaraq tarix, texnologiya, musiqi, təsviri incəsənət və fiziki tərbiyə fənləri də sertifikatlaşdırmaya daxil edilib. Ümumilikdə, cari ildə 23 mindən çox müəllim 19 şəhərdə yerləşən 35 imtahan mərkəzində bilik və bacarıqlarını nümayiş etdirəcək.

Məlumata görə, prosesin şəffaflığını və operativliyini təmin etmək məqsədilə imtahan mərkəzlərində bütün zəruri texniki və təşkilati tədbirlər görülüb.

Sertifikatlaşdırmanın yalnız qiymətləndirmə mexanizmi deyil, həm də müəllimlərin peşəkar inkişafına dəstək verən bir platforma olduğu vurğulanıb.

2022-ci ildən tətbiq edilən sertifikatlaşdırma prosesinə indiyədək 84 minə yaxın müəllim cəlb olunub. Nəticələrə əsasən, uğur qazanan müəllimlərin əməkhaqlarına 10–35 faiz artım tətbiq edilib və proses təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən əsas mexanizmlərdən biri kimi qiymətləndirilir.

Mənbə: anews.az

Xəbər lenti

Faktiki hava açıqlanıb

Azərbaycan nefti ucuzlaşıb