Suriyadan gətirilmiş 23 Azərbaycan vətəndaşı sosial xidmət müəssisəsinə yerləşdirilib
Azərbaycan Hökuməti tərəfindən Suriyadan repatriasiya edilmiş 7-si qadın, 16-sı uşaq olmaqla daha 23 Azərbaycan vətəndaşı Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilib.Bu barədə ƏƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, repatriasiya olunmuş şəxslərə ilkin tibbi və sosial-psixoloji yardım göstərilib.
Vətəndaşların reabilitasiya prosesi başa çatdıqdan sonra onlar evlərinə yola salınacaq.
Qeyd olunub ki, son illərdə Sosial Xidmətlər Agentliyi ölkəyə repatriasiya edilmiş 600-dən çox şəxsi sosial reabilitasiya xidmətlərinə cəlb edib.





Mənbə: anews.az