Image

Kürdəmirdə yol qəzası baş verib,xəsarət alanlar var

Kürdəmirdə ağır yol nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Muğanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

“Mersedes” markalı yük maşını ilə “Şevrolet” markalı avtomobil toqquşub. 

Qəzada müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan 2 nəfər Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: anews.az

Xəbər lenti

Ağdamda yanğın başlayıb

Faktiki hava açıqlanıb

Azərbaycan nefti ucuzlaşıb