Image

Naxçıvana uçan təyyarə ildırımlı hava səbəbindən Bakıya geri qayıdıb

Azərbaycan Hava Yollarının (AZAL) Bakıdan Naxçıvana uçan J2-295 nömrəli reysi əlverişsiz hava şəraiti səbəbindən Bakıya geri qayıdıb.Bu barədə AZAL-ın Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, təyyarə saat 21:09-da Heydər Əliyev Beynəlxalq Aeroportuna təhlükəsiz eniş edib.

Şirkət həmçinin bildirib ki, Bakı–Naxçıvan marşrutu üzrə J2-2257 nömrəli reys də əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb. Sərnişinlərə uçuşla bağlı dəyişikliklər barədə əlavə məlumat veriləcək.

AZAL qeyd edib ki, son günlər Naxçıvanda müşahidə olunan qeyri-sabit hava şəraiti Bakı–Naxçıvan–Bakı marşrutu üzrə reyslərin planlaşdırılmış qrafikə uyğun icrasını çətinləşdirib və uçuş cədvəlində dəyişikliklərə səbəb olub.

Şirkətin məlumatına görə, Naxçıvanın dağlıq relyefi və coğrafi xüsusiyyətləri səbəbindən güclü külək, məhdud görmə şəraiti və sürətlə dəyişən meteoroloji vəziyyət bəzi hallarda uçuş əməliyyatlarına birbaşa təsir göstərir.

AZAL bildirib ki, uçuşların təhlükəsizliyinin təmin olunması məqsədilə hava şəraitinə uyğun olaraq operativ qərarlar qəbul edilir.

Mənbə: anews.az

Xəbər lenti

Ağdamda yanğın başlayıb

Faktiki hava açıqlanıb