Image

Sabiq səfir Hidayət Orucov vəfat edib

Azərbaycanın dövlət xadimi Hidayət Orucov vəfat edib.Bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım ediblər.

Keçmiş diplomat 82 yaşında dünyasını dəyişib.

Hidayət Orucov müxtəlif illərdə Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri, milli siyasət məsələləri üzrə Dövlət müşaviri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifələrində çalışıb, 2012–2021-ci illərdə Azərbaycanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri olub.

Mənbə: anews.az

Xəbər lenti

Ağdamda yanğın başlayıb

Faktiki hava açıqlanıb