Image

Ağdamda mağazaya düşən ildırım yanğına səbəb olub

Bu gün səhər saatlarında Ağdam rayonunda mağazaya düşən ildırım yanğına səbəb olub.

"Report"un məlumatına görə, hadisə rayonun Qaradağlı kəndində baş verib.

İldırım kənd sakini İbadov Fikrət Soltan oğluna məxsus mağazaya düşüb və yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Alovun yaxınlıqdakı yaşayış evinə keçməsinin qarşısı alınıb.

Hazırda yanğının tam söndürülməsi üçün lazımi tədbirlər görülür.

Mənbə: anews.az

Xəbər lenti

Ağdamda yanğın başlayıb

Faktiki hava açıqlanıb