Image

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviareyslər ləğv olunub

Naxçıvanda əlverişsiz hava şəraitinin davam etməsi səbəbindən iyunun 14-nə planlaşdırılan Bakı–Naxçıvan–Bakı marşrutu üzrə bütün aviareyslər ləğv edilib.Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hava şəraiti normallaşdıqdan sonra reyslərin icrası bərpa olunacaq.

Şirkət bildirib ki, sərnişinlər cədvəldə mümkün dəyişikliklərlə bağlı əlavə məlumatlandırılacaqlar.

Mənbə: anews.az

Xəbər lenti

Ağdamda yanğın başlayıb