Azərbaycanda Məhərrəm ayı başlayıb
İyunun 16-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.
İslam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri-qəməri təqvimin ilk ayıdır və İmam Hüseynin (ə) və onunla birlikdə Kərbəlada şəhid olanların anım ayı kimi qeyd olunur.
Bu il Aşura günü – Məhərrəm ayının 10-cu günü – 25 iyuna təsadüf edir. Həmin gün Kərbəla hadisəsində İmam Hüseynin (ə) şəhid edilməsi yad edilir və İslam dünyasında matəm günü kimi qeyd olunur.
Rəsmi təqvimə əsasən, Məhərrəm ayı 2026-cı ildə iyulun 14-də başa çatacaq.
Mənbə: anews.az