Image

Şagirdlərin geyim qaydası qanuna salınır

Dövlət məktəblərində məktəbli formasına dair tələblərə riayət olunması qanunvericilikdə təsbit ediləcək. Bu, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” qanuna dəyişiklik layihəsində nəzərdə tutulur.

Layihəyə əsasən, dövlət ümumi təhsil müəssisələrində təhsilalanların artıq müəyyən edilmiş geyim tələblərinə əməl etməsi hüquqi müstəvidə rəsmiləşdiriləcək.

Dəyişiklik məktəblərdə vahid geyim qaydalarına riayət olunmasını təmin etmək və bu sahədə hüquqi əsasları gücləndirmək məqsədi daşıyır.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti