Image

ESG risklərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq edilir

Maliyyə sektorunda ESG (ətraf mühit, sosial məsuliyyət və korporativ idarəetmə) prinsiplərinin tətbiqinin genişləndirilməsi istiqamətində yeni addımlar atılır. Azərbaycan Respublikası Mərkəzi Bankının İcraçı direktoru Şahin Mahmudzadə bildirib.

"ESG prinsipləri həm milli, həm də beynəlxalq səviyyədə maliyyə bazarlarının dayanıqlığının təmin olunmasında mühüm rol oynayır. həyata keçirilən siyasətlər və dəstək tədbirləri maliyyə sistemində şəffaflığın artırılmasına və kapitalın daha səmərəli yönləndirilməsinə xidmət edirX Mərkəzi Bank tərəfindən iqlim risklərinin idarə olunmasına dair ESG təlimatlarının tətbiqi nəzərdə tutulur. Bu çərçivədə maliyyə institutları ESG meyarlarını öz strategiyalarına və korporativ idarəetmə sistemlərinə inteqrasiya etməlidirlər",- o bildirib.

Bildirilib ki, prudensial tənzimləmə çərçivəsinə edilən son dəyişikliklər ESG və yaşıl maliyyələşmə komponentlərini də əhatə edir. Eyni zamanda, korporativ idarəetmə tələblərinə edilən düzəlişlər ESG ilə bağlı potensial risklərin daha effektiv qiymətləndirilməsinə imkan yaradacaq.

Çıxış zamanı vurğulanıb ki, ilin sonunadək ESG risklərinin bazar alətlərində nəzərə alınmasını təmin edən yeni mexanizmlərin tətbiqi planlaşdırılır. Həmçinin ESG üzrə açıqlama və qiymətləndirmə çərçivələrinin hazırlanması istiqamətində işlər davam etdirilir.

Rəsmi qeyd edib ki, ESG riskləri ənənəvi maliyyə risklərindən fərqli olaraq qlobal və sərhədlərarası xarakter daşıyır. Bu səbəbdən onların idarə olunması üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsi vacibdir.

Bu məqsədlə “Korporativ ESG Fəaliyyət Proqramının İnkişafı üzrə Yol Xəritəsi” layihəsinə start verildiyi bildirilib. Layihənin əsas məqsədi yaşıl maliyyələşmə sahəsində mövcud parçalanmış yanaşmaları aradan qaldırmaq, investisiyaların həcmini artırmaq və aşağı karbonlu iqtisadiyyata keçidi sürətləndirməkdir.

Aytac

Mənbə: anews.az

Xəbər lenti