Gömrükçülər 36 mindən çox qaçaqmal siqaret aşkarlayıb
Tovuz və Biləsuvar gömrük idarələrinin əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı gömrük nəzarətindən gizlədilən 36 min 720 ədəd siqaret aşkarlanıb.
Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Bildirilib ki, Tovuz Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda üç ayrı fakt üzrə yük nəqliyyat vasitələrində aparılan yoxlamalar zamanı gömrük orqanına bəyan edilməyən və gizlədilən 12 min 320 ədəd siqaret aşkar olunub.
Biləsuvar Gömrük İdarəsinin "Biləsuvar" gömrük postunun idxal nəzarət xəttində yoxlanılan yük avtomobilinin qoşqusunda yerləşən 4 karton qutudan isə gömrük nəzarətindən gizlədilən 24 min 400 ədəd müxtəlif markalı siqaret tapılıb.
Faktlarla bağlı araşdırma aparılır.
Mənbə: anews.az