Image

Futbolçumuz Albaniya klubunda növbəti qolunu vurdu

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Albaniyanın “Eqnatiya” klubunda növbəti qolunu vurub.

Gundem.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi XV turda “Vlazniya”ya qarşı keçirilən ev oyununda fərqlənib.

Təcrübəli oyunçu 41-ci dəqiqədə rəqib qapısına yol taparaq, ilk hissədə yekun hesabı müəyyənləşdirib – 3:0. Bu, futbolçumuzun Albaniya çempionatında beşinci qolu olub.

Mənbə: gundem.az

Xəbər lenti

Sabah 41 dərəcə isti olacaq

Azərbaycan nefti ucuzlaşıb