Oğuzda avtoxuliqanlıq edən sürücü bir il müddətinə sürücülük hüququndan məhrum edilib
Oğuzda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçıları üçün təhlükə yaradan sürücü inzibati qaydada həbs olunub.
Polisin keçirdiyi profilaktik tədbirlər zamanı “VAZ-2106” markalı avtomobili idarə edən İ. Məmmədov saxlanılıb. Onun yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozduğu müəyyən edilib.
Sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə İ. Məmmədovun sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılıb və o, inzibati qaydada həbs edilib.
Mənbə: anews.az