Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
Yevlax rayonunda bir nəfər suda batıb.
APA-nın məlumatına görə, Yevlax rayonunun Qoyunbinəsi kənd sakini, 2000-ci il təvəllüdlü Mahir Nadirovun Yuxarı Qarabağ su kanalının Malbinəsi kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunur.
Hadisə ilə bağlı məlumat daxil olduqdan sonra əraziyə müvafiq xilasetmə qüvvələri cəlb edilib.
Hazırda nəzarətsiz ərazidə axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: anews.az