Image

Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb

Anbarlardan qəbul edilən suyun həcminin artırılması və sutəmizləyici qurğuların məhsuldarlığının yüksəldilməsi məqsədilə texniki işlər həyata keçirilir.Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) istinadən məlumat verilib.

Qeyd olunur ki, aparılan işlər səbəbindən Bakıda su təchizatının həcmi müvəqqəti olaraq azaldılıb.

Nəticədə bəzi ərazilərdə suyun verilmə saatlarında 2–3 saatlıq fasilələr tətbiq edilir. Agentlik su təminatında yaranan müvəqqəti məhdudiyyətlərə görə abonentlərdən üzr istəyib.

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu

Faktiki hava açıqlanıb

Faktiki hava açıqlanıb