Image

İsrail təmsilçiləri HAMAS-la danışıqlar üçün Qahirəyə GEDİR

İsrail hökumətinin təmsilçilərindən ibarət nümayəndə heyəti HAMAS-la danışıqlar üçün yaxın saatlarda Qahirəyə gedəcək.

Gundem.az-ın xəbərinə görə, bu barədə “Reuters“ə Nazirlər Kabinetindəki adının çəkilməsini istəməyən mənbə məlumat verib.

Bildirilib ki, əsas məqsəd HAMAS-ı Qəzza sektorunda atəşkəsə dair tələblərin yenidən nəzərdən keçirilməli olduğuna inandırmaqdır.

Mənbənin sızdırdığı məlumata əsasən, heyətə MOSSAD və “Shin Bet” kəşfiyyat orqanlarının əməkdaşları cəlb edilib. (apa)

Xəbər lenti

Faktiki hava açıqlanıb