YAP parlament seçkilərinə hazırlaşır - FOTO
Yeni Azərbaycan Partiyası (YAP) hazırda parlament seçkilərinə hazırlıqla bağlı lazım olan bütün tədbirləri həyata keçirir. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, parlament seçkilərinin vaxtı ilə bağlı hələ son qərar yoxdur: "Amma buna baxmayaraq, YAP bütün seçkilərə yalnız seçki ərəfəsində yox, seçkilər arası müddətdə də hazırlıq aparır". BAKU.WS
Mənbə: baku.ws