Image

Mikayıl Cabbarov Heydər Əliyevin anadan olmasının ildönümü ilə bağlı PAYLAŞIM ETDİ

İqtisadiyyat naziri Mikayıl Cabbarov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı paylaşım edib.

Gundem.az xəbər verir ki, nazir “X” sosial şəbəkə hesabında yazıb:

“Bu gün xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür. Ulu Öndərin "Mən həyatımın mənasını xalqıma xidmətdə görürəm. Azərbaycan mənim həyatımın mənasıdır" fikirləri Vətənə olan sevginin, xalqa bağlılığın və mənəvi dəyərlərə sadiqliyin ali səviyyədə bəyanı idi”.

O bildirib ki, Ümummilli Liderin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq, onun mütərəqqi ideyaları, müdrik siyasəti və zəngin idarəetmə təcrübəsi hər birimiz üçün örnək olaraq qalacaq.

Mənbə: gundem.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

"Bitcoin" ucuzlaşıb