Ararat Mirzoyan: Ermənistanın diqqəti sülh müqaviləsi imzalamağa yönəlib
Ermənistanın diqqəti sülh müqaviləsi imzalamağa yönəlib. BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Almatıda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib. “Biz danışıqlar prosesində çox konstruktiv şəkildə iştirak edirik”, - o vurğulayıb. Onun sözlərinə görə, tərəflər sülh müqaviləsi imzalamaqla məhdudlaşmamalıdırlar: “Biz daha da irəli gedə və regionda bütün nəqliyyat kommunikasiyalarını aça bilərik”. BAKU.WSMənbə: baku.ws