Afrikanın bu ölkəsini sel vurdu - 267 nəfər öldü - FOTO
Təxminən 3 həftədir yağan güclü yağışlar Kenyanı sulara qərq edib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Afrika ölkəsində daşqınlar nəticəsində həyatını itirlənlərin sayı 267-yə yüksəlib.
Bu barədə ölkənin Daxili İşlər Naziri Kithure Kindiki məlumat yayıb.
Sel fəlakətində 88 sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 75 nəfəri isə itkin düşüb.
Daşqınlardan ümumilikdə 389 min insan zərər çəkib. 56 min ailə isə evini tərk etmək məcburiyyətində qalıb.
Kenyada sel suları 9 hektar ərazini istifadəyə yararsız hala salıb. 4 mindən çox mal-qara isə tələf olub.
BAKU.WS

