Image

Azərbaycan həbsxanalarında ölüm statistikası

Azərbaycanda Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində 2026-cı ilin ilk yarısında 64 ölüm faktı qeydə alınıb.  Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 24,7% azdır. Bu barədə Ədliyyə Nazirliyindən anews.az-ın sorğusuna cavab olaraq bildirilib. 

2025-ci ilin ilk yarısında penitensiar müəssisələrdə 85 ölüm faktı qeydə alınmışdı.

2024-cü ilin ilk yarısında isə ölüm faktlarının sayı 95 olub. Beləliklə, 2024-cü ilin ilk yarısı ilə müqayisədə 2026-cı ilin ilk yarısında ölüm halları 32,63% azalıb.

Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində 2024-cü il ərzində 171, 2025-ci ildə isə 153 ölüm faktı qeydə alınıb. İki ilin müqayisəsində ölüm hallarının sayı 10,53% azalıb.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti