Sabah bu ərazilərdə işıq olmayacaq
Avqustun 12-də Ağdaş, Göyçay və Tərtər rayonlarının bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
“Azərişıq” ASC-dən verilən məlumata görə, işlər elektrik enerjisinin verilişinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması və artan yük tələbatının qarşılanması məqsədilə 10 kV-luq hava elektrik verilişi xətlərində aparılacaq.
Ağdaş Elektrik Şəbəkəsinin ərazisində saat 10:00-dan 13:00-dək Cəfər Cabbarlı, Molla Pənah Vaqif, Su-18, Muxtar Əfəndizadə və İmadəddin Nəsimi küçələrinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Göyçay şəhərində saat 10:00-dan 15:00-dək Məhəmməd Əmin Rəsulzadə, Məhəmmədhüseyn Şəhriyar və Nizami Gəncəvi küçələrinin bəzi hissələrində elektrik enerjisinin verilişində fasilə olacaq.
Tərtər rayonunun Sarıcalı və Gülabadlı kəndlərində isə elektrik enerjisinin verilişi saat 10:00-dan 14:00-dək dayandırılacaq.
Təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərdə elektrik enerjisinin təchizatının keyfiyyəti və dayanıqlılığı artırılacaq.
Mənbə: anews.az