Image

DSMF-nin gəlirləri 5 milyard manatı ötüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2026-cı ilin yanvar-iyul aylarında proqnozla müqayisədə 5% və ya 239 milyon manat artaraq 5 milyard 56 milyon manat təşkil edib. Bu barədə DSMF məlumat yayıb.

Fondun gəlirlərinin əsas hissəsini məcburi dövlət sosial sığorta haqları təşkil edib. Bu istiqamət üzrə daxilolmalar proqnoza nisbətən 6% və ya 240 milyon manat çox olmaqla 4 milyard 48 milyon manata çatıb.

Hesabat dövründə DSMF-nin xərcləri isə 4 milyard 811 milyon manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 431 milyon manat və ya 10% çoxdur.

DSMF-nin 2026-cı il üzrə gəlirlərinin ümumilikdə 8 milyard 323 milyon manat olması proqnozlaşdırılıb. Fondun illik gəlirlərinin 79,2%-nin, yəni təxminən 6,6 milyard manatının məcburi dövlət sosial sığorta daxilolmaları hesabına formalaşacağı gözlənilir.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti

Sabah 37 dərəcə isti olacaq