Image

Azərbaycanda qeydiyyatda olan kommersiya qurumlarının sayı 211,6 minə çatıb

2026-cı il avqustun 1-nə Azərbaycanda dövlət qeydiyyatında olan kommersiya qurumlarının sayı 211 595-ə çatıb. Bu barədə Dövlət Vergi Xidməti məlumat verib.

Məlumata görə, kommersiya qurumlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6,7% artıb.

Təkcə iyul ayında 1 257 kommersiya qurumu dövlət qeydiyyatına alınıb. Yeni qeydiyyata alınan qurumların 86,1%-i yerli, 13,9%-i isə xarici investisiyalı müəssisələr olub.

İyul ayında qeydiyyata alınan kommersiya qurumlarının 82,7%-i elektron qaydada dövlət qeydiyyatından keçirilib.

2026-cı ilin yanvar-iyul aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron qeydiyyatının xüsusi çəkisi isə 97,1% təşkil edib.

Mənbə: anews.az

Xəbər lenti

Sabah 37 dərəcə isti olacaq