Image

Mask: SpaceX-in süni intellektdən gəliri sentyabrda digər bizneslərini üstələyə bilər

SpaceX-in süni intellekt biznesindən əldə etdiyi gəlirin sentyabrda şirkətin digər biznes istiqamətlərindən əldə etdiyi gəlirləri üstələyə biləcəyi, ilin dördüncü rübündə isə fərqi daha da artıra biləcəyi bildirilir.Şirkətin rəhbəri İlon Mask bunu əməkdaşlarla görüşündə deyib.

Mask süni intellektin SpaceX-in gələcək fəaliyyətinin əsas istiqamətlərindən birinə çevrildiyini bildirib.

Maskın sözlərinə görə, şirkətin süni intellekt sahəsindəki gəlirləri sentyabrda digər gəlir mənbələrini geridə qoya, dördüncü rübdə isə daha böyük üstünlük əldə edə bilər.

SpaceX bu ilin əvvəlində Mask tərəfindən 2023-cü ildə yaradılmış süni intellekt şirkəti xAI-ni əldə edib. Reuters-in məlumatına görə, sövdələşmə xAI-ni 250 milyard dollar, SpaceX-i isə 1 trilyon dollar dəyərində qiymətləndirib.

xAI “Grok” süni intellekt çatbotunu hazırlayıb və ABŞ-ın Tennessi ştatında “Colossus” superkompüter mərkəzini idarə edir. “Colossus”un AI modellərinin hazırlanması üçün böyük hesablama infrastrukturu təmin etdiyi bildirilir.

Mənbə: anews.az

Xəbər lenti

Sabah 37 dərəcə isti olacaq