Image

Magistraturaya qeydiyyatın vaxtı uzadılıb

Magistraturaya qəbul olunan bakalavrların qeydiyyat müddəti uzadılıb.Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qeydiyyat prosesi avqustun 13-ü saat 18:00-dək davam edəcək.

Magistratura səviyyəsinə qəbul olunan bakalavrlar təhsil alacaqları ali təhsil müəssisələri üzrə qeydiyyatdan yalnız “my.gov.az” portalı vasitəsilə keçə bilərlər.

Qeyd edək ki, qeydiyyatın avqustun 12-si saat 18:00-da başa çatması nəzərdə tutulmuşdu.

Mənbə: anews.az

Xəbər lenti

Sabah 37 dərəcə isti olacaq