Tümendən Bakıya uçan "UTair" təyyarəsi Ufada məcburi eniş edib
Rusiyada “UTair” aviaşirkətinə məxsus, Tümendən Bakıya uçan təyyarə texniki səbəbdən Ufaya məcburi eniş edib.Bu barədə Ural Nəqliyyat Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, təyyarə avqustun 12-də yerli vaxtla saat 21:15-də (Bakı vaxtı ilə 20:15) “Ufa” beynəlxalq hava limanına enib.
Ekipaj texniki səbəbdən uçuş marşrutunu dəyişərək Ufaya enmək qərarına gəlib. Təyyarə normal rejimdə eniş edib.
Nəqliyyat Prokurorluğu hadisə ilə bağlı nəzarət tədbirləri həyata keçirir və sərnişinlərin hüquqlarına riayət olunmasına nəzarət edir.
Mənbə: anews.az