Bakıda DƏHŞƏT: 9 yaşlı qız 9-cu mərtəbədən yıxılıb öldü
Bakıda 9 yaşlı qız faciəli şəkildə ölüb.
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Cəfər Xəndan küçəsində yerləşən yaşayış binasında qeydə alınıb.
Orada yaşayan, 2015-ci il təvəllüdlü Nərmin Əliyeva 9-cu mərtəbədə yerləşən mənzilin eyvanından yerə yıxılıb.
Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WSMənbə: baku.ws